"DÜNYA ƏHALİSİNİN 2/3-si KORONAVİRUSA YOLUXA BİLƏR" - Qorxunc proqnoz

Dünya əhalisinin 2/3-si koronavirusa (COVID-19) yoluxa bilər.  "Bloomberg"in verdiyi xəbərə görə, bu barədə Çində virusun yoluxma imkanlarını araşdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi İra Longini bildirib.

O bildirib ki, milyardlarla insanın koronavirusa yoluxması mümkündür: “Elan edilən karantinlər koronavirusun yayılmasını ləngidə bilər. Ancaq bu virusun Çində və digər ölkələrdə sürətlə yayılma potensialı böyükdür”.

İ. Longininin hesablamalarına əsasən, virusa yoluxmuş bir insan xəstəliyi iki-üç nəfərə ötürə bilir.

“Sürətli testlərin olmaması və bəzi insanlarda infeksiyanın nisbi yumşaqlığı onun yayılmasını izləməyi çətinləşdirir. Virusun yayılmasını azaltmaq üçün vasitə olsa belə, demək olar dünya əhalisinin 2/3-sinin bu virusa yoluxma təhlükəsi var. Karantin virusu dayandırmaq iqtidarında deyil”, - deyə tədqiqatçı vurğulayıb..

Çinin dövlət səhiyyə Komitəsinin açıqladığı son məlumata görə bu ölkədə koronavirusdan ölənlərin sayı 1500-ə çatıb, yoluxanların rəsmi sayı isə 65 minə yaxınlaşır. Ölüm halları son sutkalar ərzində kəskin artıb və indi hər gün orta hesabla 250-300 nəfərin bu virusdan öldüyü bildirilir. 33 mindən çox pasiyent hazırda xəstəxanalardadır.

Virus Çindən başqa daha onlarla ölkədə qeydə alınıb. Azərbaycanda isə səhiyyə rəsmiləri əmin edirlər ki, koronavirusa yoluxma halları baş verməyib.

635x100

Şərhlər

vuqar 2020-02-14 18:59:07

O virusu ..patron.. sekline salib Irevana atmaq lazimdir!O ..qurumsaqlari.. ancaq bu yolla kokunu kese bilerik QAFQAZDAN!

Son yazılar