Menu

Honq Konqda toqquşmalar

28.09.2014, 15:28
Honq Konqda toqquşmalar

Honq Konqda tələbələr sentyabrın 26-dan başlayaraq kütləvi nümayişlər keçirir. Onlar daha çox demokratiya, ölkə rəhbərinin seçki islahatlarının müzakirəsi üçün onlarla görüşməsini tələb edib.

Bu gün polis şəhərin mərkəzini ələ keçirməyə çalışan minlərlə etirazçının qarşısını almaq üçün küçələrdə barrikadalar qurur.

Honq Konq lideri əhalini çağırıb ki, etiraz aksiyalarına qoşulmasın. Leung Chun-ying sentyabrın 28-də deyib ki, aksiyalar “qanunsuz”dur. Bu, etirazlar başlanandan liderin ilk bəyanatıdır.

Leung vəd edib ki, hökumət tezliklə seçki islahatlarına dair məsləhətləşmələrin yeni raunduna başlayacaq. Ancaq konkret tarix açıqlamayıb.

Honq Konq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məqsəd küçəni bağlamış minlərlə etirazçını dağıtmaq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol