Bu gün şəhid olan Seymurun fotosu - Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub və düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

"Qafqazinfo"nun məlumatına görə, Seymur Ələsgərov müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub.

Rütbəsi gizir olan 1990-cı il təvəllüdlü şəhidimiz Gəncə şəhəri, Kəpəz rayon sakini imiş. Seymur Ələsgərovun hər iki valideyni vəfat edib. Şəhidin cənəzası sabah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

635x100

Şərhlər

Elli 2020-02-16 00:13:48

Allah rəhmət eləsin, Allah səbr versin!

Son yazılar