Menu

Tovuzda iki avtomobil toqquşdu, qadın xəsarət aldı

16.02.2020, 22:09
Tovuzda iki avtomobil toqquşdu, qadın xəsarət aldı

Tovuz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində, 1993-cü il təvəllüdlü Mənzər Əmirova xəsarət alıb və xəstəxanaya aparılıb.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol