Menu

"Trabzonspor" Türkiyə Superliqasında liderliyə yüksəlib

16.02.2020, 23:05
"Trabzonspor" Türkiyə Superliqasında liderliyə yüksəlib

Türkiyə Superliqasında XXII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 3 oyun olub.

Mövsümün sürpriz komandası olan "Alanyaspor" gözlənilmədən doğma arenasında "Gənclərbirliyi"nə məğlub olub.

Lider "Sivasspor" Trabzonda çempionluğa digər namizəd "Trabzonspor"un qonağı olub. Matçı üstün keçirən Qaradəniz təmsilçisi minimal hesabla qalib gələrək, liderliyə yüksəlib. Məğlubiyyət "Sivasspor"u taxtdan salıb.

Yavaş-yavaş liderlər qrupuna yaxınlaşan "Qalatasaray" isə öz meydanında "Yeni Malatyaspor"u 1 qolla məğlub edib.

Turun digər oyunları ("Antalyaspor" - "Kasımpaşa" və "Qaziantep" - "Çaykur Rizəspor") fevralın 17-də keçiriləcək.

Türkiyə Superliqası 

XXII tur 

16 fevral

"Alanyaspor" - "Gənclərbirliyi" - 0:1 

Stanku, 76 

"Trabzonspor" - "Sivasspor" - 2:1 

Sorlot, 4; Osmanpaşa, 43 (avtoqol) - Yatabare, 90+3 

"Qalatasaray" - "Yeni Malatyaspor" - 1:0

Adəm Büyük, 45 (pen.)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol