"Protokolların möhürlü olması, onun etibarlı olması anlamına gəlmir" - Sədr müavini

"Müşahidəçilərə protokolların möhürlə verilməsi, onun etibarlı olması anlamına gəlmir".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, həmin protokollarda möhürlə yanaşı məntəqə sədrinin imzası da olmalıdır: "Çünki möhür stolun üstündə olur. Bu səbəbdən də ondan istifadə etmək mümkündür. Biz əvvəlki seçkilərdə də bununla bağlı müəyyən problemlər yaşamışıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar