Menu

Rusiyada övladını onlayn satan ana həbs olunub

18.02.2020, 09:00
Rusiyada övladını onlayn satan ana həbs olunub

Rusiyada övladını internet üzərindən satmaq istəyən Lyudmila Nefedova adlı qadın azadlıqdan məhrum edilib.

APA-nın Sputnik-ə istinadla verdiyi xəbərə görə, Moskva məhkəməsi insan alveri ilə məşğul olan 24 yaşlı qadına 4 il yarım həbs cəzası verib.

Qeyd edək ki, əslən qırğız olan Lyudmila Nefedovanın 3 övladı var. Ana həbs olunduqdan sonra övladları nənəsinin himayəsinə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol