Menu

“Putin uzağı 1 il duruş gətirə biləcək...”- Rusiyanın keçmiş baş naziri

29.09.2014, 01:05
“Putin uzağı 1 il duruş gətirə biləcək...”- Rusiyanın keçmiş baş naziri

Rusiyanın sabiq baş naziri Mixail Kasyanov hesab edir ki, Qərbin sanksiyaları Rusiya xalqına qarşı yox, Putinə ölkəni nəzarətdə saxlamağa imkan verən resurs bazasına qarşı yönəlib. Musavat.com-un minval.az-a istinadən verdiyi xəbərə görə, “Focus” telekanalına müsahibəsində o, bildirib ki, hazırkı sanksiyalar rejiminin saxlanacağı və neftin qiymətinin düşməkdə davam edəcəyi təqdirdə Kremlin maliyyə resursları cəmi 6 aya bəs edəcək.

“Beləcə, iqtisadi kollaps mümkün olacaq və Putinin siyasətindən narazı xalq asanca bu hakimiyyəti süpürüb atacaq. Mən bir il ərzində Rusiyanın kollapsa düşməsini gözləyirəm”, - deyə eks-premyer əminliklə söyləyib.

Kasyanov Qərb dövlətlərini sanksiyaları zəiflətməməyə çağırıb: “Rusiyaya təzyiqlər öz qoşunlarını Ukraynadan çəkənədək davam eləməlidir. Burada mən heç bir güzəşt görmürəm” - əlavə edib Kasyanov.

Mixail Kasyanov Putin hökumətinin ən sərt tənqidçilərindəndir. Siyasətçi o cümlədən belə bir fikir işlətmişdi ki, Moskvanın Ukraynadakı siyasəti mövcud rejimin sonunun başlanğıcı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol