Menu

Bakı Nəqliyyat Agentliyindən "cərimə" açıqlaması

18.02.2020, 16:37
Bakı Nəqliyyat Agentliyindən "cərimə" açıqlaması

"Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur".

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Prezident İlham Əliyevin qəbulunda deyib.

"Bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, Bakıda da insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2,2 milyon sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq”, - deyə o, qeyd edib.

Şərhlər

t.ədalət 2020-02-18 21:06:31

BNA açıq surətdə müharibə əlillərinə qarşı mübarizə aparır.Hətta aptek qarşısında müvəqqəti dayanmaya belə aman vermirlər.Dünyanın heç yerində müharibə əlillərinə qarşı BNA qədər haqsızlıq edilmir.Bu da ondan irəli gəlir ki,BNA-nın rəhbərliyində cəbhə xəttində xidmət edən yoxdur.Onlar heç uşaqlarını da cəbhə xəttdə xidmətə göndərmirlər.Əlillərin dərman puluna əl uzadanların,görünür,"dur!" deyəni də yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol