Menu

"Mançester Siti" UEFA-dan növbəti cəzanı ala bilər

19.02.2020, 22:22
"Mançester Siti" UEFA-dan növbəti cəzanı ala bilər

UEFA "Mançester Siti"ni ilə bağlı araşdırmaları davam etdirir.

Qol.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri məlumat yayıb. Qurum klubun 2012-2016-cı illər ərzində bağladığı sponsorluq müqaviləsini araşdırır.

UEFA Əbu-Dabi şirkəti ilə imzalanan sözləşmənin əsl bazar dəyəri ilə qiymətləndirilib-qiymətləndirilmədiyini və "Mançester Siti"nin sahibinin kommersiya sponsorluğu adı altında kluba investisiya qoyub-qoymayadığını araşdıracaq.

Xatırladaq ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğuna görə “Mançester Siti”ni 2 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol