Menu

Qızılın qiyməti 7 illik rekordu yeniləyib

19.02.2020, 22:31
Qızılın qiyməti 7 illik rekordu yeniləyib

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

“Report” bu barədə “TASS” agentliyinə istinadla xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol