Menu

Moskvada qışın ən isti günü qeydə alınıb

20.02.2020, 16:36
Moskvada qışın ən isti günü qeydə alınıb

Fevralın 20-də Rusiyanın paytaxtı Moskva şəhərində qış fəslinin ən isti günü qeydə alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç bildirib.

“Moskvada 1976-cı il fevral ayının 20-də 6 dərəcə isti qeydə alınıb. Bu gün isə havanın temperaturu 7,7 dərəcəyə yüksəlib. Bununla da rekord qırılıb”, - deyə aparıcı mütəxəssis vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol