Menu

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi- FOTOLAR

20.02.2020, 22:54
Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi- FOTOLAR

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Virtualaz.org xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol