Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub.
Unikal.org-un məlumatına görə, saxlanılan şəxslər arasında Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.
Bundan əlavə Neftçala rayon icra hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlunun da saxlanılmasına dair xəbər də təsdiqlənib.

Saxlanılanlar arasında həmçinin Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlunun da olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.

Şərhlər
DTX -dən xahiş edirik belə əməliyyatları Şəkidə aparın ?