İRANDAN GƏLƏN İKİ NƏFƏR BAKIDA XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Koronavirus şübhəsi ilə

“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar