Menu

ÜST ekspertləri İrana gələcək

26.02.2020, 17:38
ÜST ekspertləri İrana gələcək

İranda koronavirusla bağlı mövcud vəziyyətə görə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri həftəsonu bu ölkəyə gələrək dəstək göstərəcəklər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus 19-26 fevral tarixlərində Çində olan Təşkilatın missiya üzvləri ilə görüşü zamanı bildirib. 

Xatırladaq ki, İranda koronavirusa yoluxanlar 139 nəfərə, ölənlər 19 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol