"Fənərbağça" tarixinin ən önəmli transferlərindən biri olan Nikolas Anelka kluba dönmək istədiyini bildirdi.
"AzPolitika.info" xəbər verir ki, 2005-2006-cı illərdə "Fənərbağça" formasını geyən Nikolas Anelka öz "İnstaqram" səhifəsindən paylaşım edib. 2016-ci ildə futbolu buraxan Anelka etdiyi paylaşımda "Klub prezidenti Əli Koçu dəstəkləyirəm və sarı-lacivərdli klubda baş məşqçi və ya məşqçi olaraq çalışmaq istəyirəm" deyə bildirib.
Hal-hazırda Nikolas Anelka Fransanın "Lill" klubunda çalışır.


Şərhlər