Menu

Bakıda “Topaz”dan pul oğurlandı

27.02.2020, 14:01
Bakıda “Topaz”dan pul oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib. 

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqəsindən 700 manat dəyərində lotoreya kuponları, 7 mağazadan pul, mobil telefon, kompüter, videomüşahidə qurğusunun yaddaş kartı, parfümeriya, 3 avtomobildən pul, mobil telefon, gümüş üzük, monitor və sənəd, habelə 2 həyətdən velosiped oğurlaması da müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol