Menu

Həştərxanda Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

29.09.2014, 18:00
Həştərxanda Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib

Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

APA – nın məlumatına görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.

Söhbət zamanı həmçinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol