"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir".
"Report" xəbər verir ki, bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib: "Həmin şəxs, doğrudan da, İranda işləyib qayıdan şəxs olub. Ağdaşa qayıdıb və orada da sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".


Şərhlər
Salam,men Sumqayıt ş.yerleşen Doktor az klinikasından şikayet etmek etmək istəyirəm.elaqe nömrəsini yaza bilərsiniz?
Admin: Şikayətinizi azpolitika@mail.ru elektron poçtamıza göndərin.