Menu

"Yuventus" - "İnter" oyunu koronavirusa görə təxirə salındı

29.02.2020, 16:01
"Yuventus" - "İnter" oyunu koronavirusa görə təxirə salındı

İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq. Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib. 

Qeyd edək ki, bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" görüşləri də eyni səbəbdən təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol