Menu

Xətainin heykəlinin köçürülmə səbəbi açıqlandı

01.03.2020, 12:10
Xətainin heykəlinin köçürülmə səbəbi açıqlandı

Bakıda Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.

 “Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək"- deyə, məlumatda bildirilib..

Digər tərəfdən Xətai heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da həmin ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq”.


Şərhlər

t.ədalət 2020-03-01 14:38:16

Heykəl hara köçürülüb?Təəssüf ki bu barədə heç bir qeyd yoxdur.Görünür,məscidi qəbristanlığa köçürtdükləri kimi,Xətainin abidəsini də harasa yöndəmsiz bir yerə atıblar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol