Menu

Çexiyada ilk dəfə 3 nəfər koronavirusa yoluxub

01.03.2020, 20:28
Çexiyada ilk dəfə 3 nəfər koronavirusa yoluxub

Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadla verdiyi məlumata görə, Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı “Na Bulovce” xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.

Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda istirahətdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol