Menu

İranlılar koronavirusdan qorunmaq üçün Qumda müqəddəs məkanları yalayır - VİDEO

02.03.2020, 12:43
İranlılar koronavirusdan qorunmaq üçün Qumda müqəddəs məkanları yalayır - VİDEO

Belə görünür ki, Çindən sonra koronavirusun ən çox tüğyan etdiyi qonşu İranda bu virusa qarşı orijinal mübarizə vasitəsini tapıblar.

Virtualaz.org xarici KİV-lərə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən İran sakinləri epidemiyanın episentri olan Qumda şiələrin müqəddəs məkanlarını yalayır və virusdan bu yolla qorunmağa çalışır.

“Bəsdirin insanları koronavirusla qorxutdunuz”,-şiə ziyarətgahlarından birinin dəmir barmaqlıqlarını yalayan iranlı bildirir.

Bildirilir ki, Covid-19 virusunun tüğyan etməsinə baxmayaraq ölkənin hər yerindən Qumda ziyarətgahlara axışan iranlıların sayı azalmır. İran hakimiyyəti şəhəri karantinə almaqdan imtina edib, hərçənd iki gün əvvəl şəhərə giriş-çıxışı qismən məhdudlaşdırmağa nəhayət məcbur olub.

Son məlumata görə İranda koronavirusa yoluxanların sayı 1000-i keçir, onlardan 54-ü ölüb. Lakin real rəqəmlərin bundan qat-qat çox olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol