"İnstaqram"da "Beşiktaş"ın ulduz oyunçusu Kevin-Prinç Boatenqlə Mario Balotelli arasında maraqlı yazışma olub.
"AzPolitika.info" xəbər verir ki, "Beşiktaş"ın bu sezon rənglərinə qatdığı Boatenq "İnstaqram"da dostu Balotelliyə "Come to Beşiktaş"(Beşiktaşa gəl) deyə müraciət edib. Balotelli isə "Beşıktaş don't want me"(Beşiktaş məni istəmir) deyə cavablayıb. Yəqin ki, bunu Balotellidən "Beşiktaş"a bir mesaj kimi dəyərləndirmək lazımdır.
Xatırladaq ki, son illərdə Mario Balotelli "Beşiktaş"ın transfer siyahısında olan futbolçulardan biri olub.


Şərhlər