Menu

Moskvada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb

02.03.2020, 15:51
Moskvada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb

Rusiyanın paytaxtı Moskva şəhərində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, həmin şəxs Rusiya vətəndaşıdır və İtaliyadan ölkəyə qayıdıb.

O, Moskvanın 1 nömrəli şəhər infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol