Menu

VİLAYƏT EYVAZOV BU İDARƏ VƏ ŞÖBƏLƏRİ LƏĞV ETDİ - Nazir əmr imzalayıb

03.03.2020, 12:17
VİLAYƏT EYVAZOV BU İDARƏ VƏ ŞÖBƏLƏRİ LƏĞV ETDİ -  Nazir əmr imzalayıb

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol