Menu

Ermənistanda rus çarına büst qoyuldu

03.03.2020, 12:47
Ermənistanda rus çarına büst qoyuldu

Ermənistanın Gümrü şəhərində rus çarına abidə ucaldılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, I Nikolayın büstü Rusiyanın Ermənistandakı hərbi bazasında qoyulub.

Xatırladaq ki, I Nikolayın hakimiyyəti illərində Rusiya ermənilər üçün Cənub Qafqazda, Azərbaycan torpaqlarında yer ayırıb. Rusiya Gümrünü forpostuna çevirərək onun adını Aleksandropol qoyub. Həmin illərdə çar ordusu Qars, Ərdəhan, Axalkələk və ətraf rayonları işğal edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol