Menu

“Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür” - Elxan Məmmədov

03.03.2020, 22:51
“Bu qrupda yaxşı nəticə qazanmaq mümkündür” - Elxan Məmmədov

"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq".

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi Amsterdamda keçirilən UEFA Millətlər Liqasında 2020-21 mövsümünün püşkünün nəticəsini dəyərləndirib.

Məmmədov AFFA-nın rəsmi saytına C liqasının 1-ci qrupunda qərarlaşan yığmamızın Lüksemburq, Kipr və Monteneqroya rəqib olmasına münasibət bildirib: "Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür".

Şərhlər

Futbolist 2020-03-04 09:06:47

Elxan Memmedov futbolu bu 16 ilde 1 addim bele qabaga apara bilmeyin. Mence bu geder muddetde bashqa bacariqli biri chox boyuk ugurlar gazanardi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol