Menu

Türk ordusu Əsədin 5-ci generalını da məhv etdi - ViİDEO

04.03.2020, 11:19
Türk ordusu  Əsədin 5-ci generalını da  məhv etdi - ViİDEO

Türkiyənin İdlibə endirdiyi aviazərbələr nəticəsində Suriya ordusunun general-mayoru Ramazan Yusif məhv edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Suriya KİV-ləri yayıb. Öldürülən generalın Suriya ordusunun 9-cu diviziyasının komandiri və Hərbi Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu vurğulanıb.

Qeyd edək ki, İdlibdə vəziyyət gərginləşəndən bu yana Əsəd rejiminin 4 generalı Türkiyə tərəfindən məhv edilmişdi. Bu generallar Burxan Rəhman, İsmayıl Əli, Adnan əl-Masxara və Mahmud Batix Mbesmir olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol