Menu

Novxanı sakinindən marixuana götürüldü

04.03.2020, 16:42
Novxanı sakinindən marixuana götürüldü

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini Ə.Qurbanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol