Menu

AMEA "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib

04.03.2020, 17:12
AMEA "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:

"Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır".

Akademik deyib ki, "koronavirus" sözünün düzgün tələffüz forması ilin sonuna qədər çapdan çıxacaq "Azərbaycan dilinin Orfoepiya lüğəti"nə əlavə olunacaq.

Qeyd edək ki, "koronavirus" iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb.

Xatırladaq ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.

Şərhlər

Tagi 2020-03-04 17:25:37

bunu nece fikirleshibler ? :)

meherrem 2020-03-04 17:18:21

camaat ne hayda bunlar ne hayda.nece telefus olunmacindan asli olmayaraq bu bir beladir ve bundan qurtulmagin yollarini axtarmaq lazimdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol