Menu

Yenicə ailə quran qadın “Net" içib özünü öldürmək istədi

05.03.2020, 09:35
Yenicə ailə quran qadın “Net" içib özünü öldürmək istədi

Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Turaclı kəndində baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı “Net" təmizləyici vasitəsini içib. O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib. Hal-hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol