Menu

Rus qırıcıları yaxınlaşdı, Türkiyə F-16-ları qaldırdı - Gərginlik

05.03.2020, 10:17
Rus qırıcıları yaxınlaşdı, Türkiyə F-16-ları qaldırdı - Gərginlik

Rusiya Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələrinin “Bahar qalxanı” hərəkatı bölgəsindəki Türkiyə ordusuna yaxınlaşması gərginliyə səbəb olub.

Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə Hərbi Hava Qüvvələrinə (TuAF) məxsus F-16 qırıcı təyyarələri əməliyyat mərkəzinin əmrinə əsasən bir müddət Suriya sərhədində uçuş həyata keçirib.

Rus təyyarələri əməliyyat bölgəsini tərk etdikdən sonra havadakı gərginlik sona çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol