Menu

Ronaldinyo polis tərəfindən saxlanılıb - Saxta pasport

05.03.2020, 10:37
Ronaldinyo polis tərəfindən saxlanılıb - Saxta pasport

Braziliya millisinin sabiq üzvü Ronaldinyo Paraqvayda polis tərəfindən saxlanılıb.

Qol.az xarici KİV-lərə istinadla xəbər verir ki, "Barselona"nın sabiq oyunçusu Paraqvaya getmək üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir. Dünən axşam saatlarında polis Ronaldinyonun qaldığı oteldə axtarış aparıb və onun adına olan saxta pasport tapıb. Sabiq futbolçunun bu gün prokurorluqda ifadə verəcəyi bildirilib.

Qeyd edək ki, Ronaldinyo borcları səbəbindən 2018-ci ildə pasportundan məhrum edilmiş və ölkədən çıxışına qadağa qoyulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol