Menu

Bakıda Belarus vətəndaşı arvadını qətlə yetirdi

05.03.2020, 10:56
Bakıda Belarus vətəndaşı arvadını qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı, 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.

Daha sonra S.Babayev polisə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol