Menu

Bakıda quyudan 1 kiloqram heroin tapıldı

05.03.2020, 13:15
Bakıda quyudan 1 kiloqram heroin tapıldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonunda əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 800 ABŞ dolları götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol