Bunu İran İnqilab Keşikçıləri Korpusunun komandiri Hüseyn Səlami öz açıqlamasında bildirib.
"AzPolitika.info" İranın "İSNA" agentliyinə isinadla xəbər verir ki, Girman vilayətində təskil olunan yığıncaqda danışan Selami, ölkədə 92 nəfərin ölümünə səbəb olan koronavirus barədə açıqlama verib.Açıqlamada: " Bir gün öncə Çin, daha sonra İran və dünyanın başqa olkələrinə yayılan ABŞ-ın bioloji hücumu ola biləcək bu virusla mubarizədə zəfər qazanacağıq. ABŞ bu işi gördüsə, axırda bunun öz xalqına tərəf dönəcəyini bilməlidir. Əgər ABŞ-ın işi deyilsə də, bu virus ortadan qaldırılacaqdır"-deyə bildirib.
Xatırladaq ki, İranda bu günədək koronavirusdan ölənlərin sayı 92, yoluxanların sayı isə 2922 nəfər təşkil edir.


Şərhlər
Əslində isə bi virus İranda yaşayan mövhumatçıların və nadanların ibrət götürməsi,kor-koranə torpağı,daşı öpməklə Allaha şərik qoşanların ayılması üçün bir sınaqdır.Uca Allahı unudub daşa-torpağa yalvarmaq münafiqlik deyil,bəs nədir?