Türkiyənin baş naziri Əhməd Davudoğlu İŞİD-in törətdiyi vəhşilikləri sərt şəkildə pisləyib.
Musavat.com xəbər verir ki, Samsunda 19 may adına Universitetdə tədris ilinin açılış mərasimində çıxışı zamanı o, “islam” sözünün İŞİD adında istifadə edilməsinə etirazını bildirib.
“İŞİD-in vəhşilikləri onların öz cahilliklərinin nəticəsidir. Nə İSİD islamla, nə də islam İŞİD-lə bir yerdə assosiasiya oluna bilməz” – deyib baş nazir.
Qeyd edək ki, bu gün Türkiyə parlamenti ordunun Suriya və İraqa müdaxilə imkanı verən mandatınının uzadılıb-uzadılmaması məsələsinə baxacaq. Türkiyə anti-İŞİD koalisiyasına qoşulmaq barədə hələ qərar verməyib.


Şərhlər