Menu

Yeni İcra başçısından ilk açıqlama - "Yeniliklər edəcəyik"

05.03.2020, 15:02
Yeni İcra başçısından ilk açıqlama - "Yeniliklər edəcəyik"

"İsmayıllı rayonuna icra başçısı təyin olunmağım gözəl hissdir".

"AzPolitika" xəbər verir ki, bunu azvision.az -a açıqlamasında İsmayıllı rayonunun yeni icra başçısı Nahid Bağırov deyib.

O bildirib ki, İsmayıllı rayonunda gözəl işlər həyata keçirəcək.

“İsmayıllı rayonu haqqında ancaq gözəl məlumatlar yayılacaq. Rayon hər zaman aktiv olacaq. Rayonda yeniliklər olacaq və daha da inkişaf edəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Şərhlər

t.ədalət 2020-03-06 10:53:03

"Yeniliklər edəcəyik",-yaxşı deyimdir.Ancaq bu yerdə şuşalılara məxsus bir ifadə yada düşür:-Nəynən alış?

kələntər 2020-03-05 17:35:02

camaata iş yerləri açın dolana bilsinlər- boş-boş yeniliklər heç kimə lazım deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol