Səhiyyə Nazirliyində yeni təyinat olub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib. Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.

Şərhlər
Ayə,bu Viktor,görən qanı bulaşıqlardandırmı?Elə isə yazıq millətimizə!