Menu

“Koronavirus ABŞ-ın bioloji silahı ola bilər” - SEPAH komandanı

05.03.2020, 20:53
“Koronavirus ABŞ-ın bioloji silahı ola bilər” - SEPAH komandanı

“Yeni tip koronavirus ABŞ-ın bioloji silahı ola bilər”.

APA-nın İSNA-ya istinadla verdiyi xəbərə görə, bunu İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Hüseyn Salami deyib.

SEPAH-ın komandanı qeyd edib ki, əgər bu, ABŞ-ın əməlidirsə, Amerika xalqına da təsir edəcək, əks təqdirdə koronavirusun yayılması dayandırılacaq.

Xatırladaq ki, İranda koronavirusa 3513 nəfər yoluxub, xəstəlikdən 107 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol