ABŞ prezidenti Donald Tramp seçiciləri ilə gorüşdüyü canlı yayımda ona verilən suallara maraqlı cavablar verib.
"AzPolitika" "Habertürk"ə istinadla xəbər verir ki, Tramp canlı yayımda ona ünvanlanan suallara verdiyi cavablarda, dünyanın bir çox yerlərində döyüşən amerikalı əsgərləri evlərinə geri gətirmək istədiyini, buna Suriya və Əfqanstanın da daxil olduğunu bildirib.

""Taliban" da savaşmaqdan yorulub"
Əfqanstanla bağlı suala cavabında Tramp bildirib ki, "Taliban"la sülh sazişi bağladıqlarına baxmayaraq, bölgədə döyüşlər səngimək bilmir. Biz 20 ildir Əfqanıstandayiq və artıq müharibə istəmirik.İnanın, ya da inanmayın, artıq onlar da döyüşməkdən yorulublar.Əfqanlar əsl döyüşçüdülər.1000 illərdir savaşırlar. Bilirsinizmi, Sovet İttifaqını Rusiya edən, Əfqanstandır!

"Buraxaq Suriya ilə Türkiyə özləri savaşsınlar"
Suriyada olan əsgərləri ilə baglı suala cavabında: " Artıq Suriya və Əfqanstana əsgər göndərmənin bir işə yaramadığını bildirib. Suriya ilə Türkiyə arasında sərhədi qoruyurduq. Niyə bunu etdik ki? Buraxaq özləri (Suriya ilə Türkiyə) savaşsınlar. Biz bunu niyə etməliyik ki?"- deyə bildirib.

"Küçədə gəzmək üçün darıxıram"
Trampın, prezidentlikdən əvvəlki həyatınızda olan ən çox hansı şey üçün darıxırsınız sualına: "Küçədə gəzmək üçün darıxıram.Bundan əvvəl bildiyiniz kimi, tanınmış iş adamıydım.Bir də televiziyada şou proqramım var idi, uğurlu da alınmışdı. Ancaq yenə də küçədə gəzib, marketlərə girə bilirdim. İndi isə ( "Ağ Ev"in yerləşdiyi) Pensilvaniya küçəsindən çıxıb, alış-veriş etməyə belə gedə bilmirəm.Bunu etməyi çox istəyirəm. O zamanlar müstəqil həyat yaşayırdım, bu an o qədər də sərbəst deyiləm. Amma yenə də ölkəm üçün etdiklərimə görə, xoşbəxtəm", - deyə cavab verib.

Şərhlər