Menu

Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdi

06.03.2020, 11:54
Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdi

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

"Report"un Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb.

O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol