Menu

Masallıda "Niva" dərəyə aşdı - 3 nəfər öldü

06.03.2020, 12:34
Masallıda "Niva" dərəyə aşdı - 3 nəfər öldü

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol