Menu

“Çölçü” filmi ABŞ-da yenidən uğur qazanıb

06.03.2020, 13:50
“Çölçü” filmi ABŞ-da yenidən uğur qazanıb

ABŞ-da keçirilən “Mindfield Film Festival – Albuquerque”da beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyətinin qərarı ilə Şamil Əliyevin “Çölçü” filmi iki kateqoriyada “Best narratıve feature” (Ən yaxşı bədii film) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatına layiq görülüb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, mükafat heykəl fiqur və sertifikatla təsdiq olunur (http://abq.mindfieldfilmfest.com/winners.html).

Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 64 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Şərhlər

t.ədalət 2020-03-06 23:03:40

Rejissor Şamil Əliyevin bu filmi Moskvanı da narahat edib. Azərbaycanın müstəqilliyini hər tərəfli əngəlləmək istəyən Rusiya azad film yaradıcılığını da qəbul etmək istəmir.Keçən dəfə Amerikada keçirilən tədbirdə məhz "Çölçü" filmini gözdən salmaq istəyi ilə Rusiyanın Azərbaycan filmləri üzrə nəzarətçisi Rüstəm İbrahimbəyov ABŞ-a gedərək filmin əleyhinə səs vermişdi.Hələ də Rusiyanın əlinə oynayan əleyhdarlarımızdan qurtula bilməmişik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol