Menu

"Neftçi"dən xanımlara 8 Mart hədiyyəsi

06.03.2020, 15:33
"Neftçi"dən xanımlara 8 Mart hədiyyəsi

Futbol üzrə Azərbaycan Premyer Liqasında "Neftçi"nin "Sabah" komandası ilə keçirəcəyi XX tur matçının biletləri satışa çıxarılıb.

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. 

Qeyd edək ki, martın 8-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Sabah” oyunu saat 18:00-da başlanacaq. 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol