Suriya insan haqları təşkilatı və fəallar İdlib vilayətində “nisbi sakitlik” olduğunu deyirlər. Ancaq onlar gecəyarısı atəşkəs qüvvəyə minənədək zorakılığın davam etdiyini bildirirlər.
“AzPolitika.info” xəbər verir ki, Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı martın 6-da səhər saatlarında bildirib ki, İdlibdə əsas cəbhələrdə “ehtiyatlı sakitlik” hökm sürüb.
İdlib şəhərində yaşayan bir fəal Almaniyanın "dpa" agentliyinə müharibənin dağıtdığı şəhərin ətrafında bütün cəbhələrdə vəziyyətin sakit olduğunu söyləyib.
Təşkilatın məlumatına görə, atəşkəsdən az öncə Rusiyanın hərbi təyyarələri və Suriya hökumət qüvvələri İdlib və Hama ətrafını hədəfə alıb.
Sarakeb şəhərinin qərbinin bombalanması nəticəsində iki türkiyəli əsgərin öldürüldüyü xəbər verilirdi.
Türkiyənin Müdafiə Nazirliyi martın 6-da səhər bildirib ki, atəşkəs qüvvəyə minməzdən bir neçə saat qabaq dronları 21 suriyalı əsgəri “neytrallaşdırıb” və bu, türkiyəli əsgərlərin öldürülməsinə cavab olaraq həyata keçirilib.


Şərhlər