Menu

"Brent" neftinin qiyməti 47 dollardan aşağı düşüb

06.03.2020, 19:33
"Brent" neftinin qiyməti 47 dollardan aşağı düşüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 6,5% azalaraq Bakı vaxtı ilə saat 19:10-da 1 barelə görə 46,12 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, sonuncu dəfə "Brent" markalı neftinin qiymətinin 47 dollardan aşağı olması 2017-ci ilin iyul 11-də qeydə alınmışdı.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 7,3% azlaraq 42,52 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol