Menu

Əsəd Türkiyə ilə diplomatik münasibətlərin bərpasını istisna etmir

06.03.2020, 21:14
Əsəd Türkiyə ilə diplomatik münasibətlərin bərpasını istisna etmir


Suriyanın prezidenti Bəşər Əsəd Dəmşqlə Ankara arasında diplomatik münasibətlərin bərpası imkanlarını istisna etməytb, amma müəyyən şərtlər daxilində. «Rossiya-24» kanalına verdiyi müsahibədə o, izah edib ki, əgər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “terrorçuları dəstəkləyirsə” qonşu dövlətlə dinc münasibətlərə malik olmaq mümkün deyil.

Əsədin sözlərinə görə, əgər Türkiyə silahlı müxalifəti dəstəkləməkdən imtina edilərsə, «hər şey öz axarına qayıdar».

O, əlavə edib ki, milli maraqlar məsələsində hər iki ölkə arasında fikir ayrılığı yoxdur.

«Münasibətləri təbii axarına qaytarmaq qaçılmazdır» - deyə, Əsəd qeyd edib.

Xatırladaq ki, hazırda Türkiyə Suriyadakı silahlı müxalif döyüşçüləri dəstəkləyir. Onar rəsmi Dməşqə qarşı mübarizə aparırlar. Əsəd və onu dəstəkləyn Rusiya isə Suriya müxlifətini «terrorçu» adlandırır.

Rusiya hərbçiləri iddia edirlər ki, Suriya hərbçiləri məhz həmin silahlı birləşmələrin mövqeləinə zərbə endirirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol